Bakı 2˚C Windy

"Qarabağ" Qurban Qurbanovla 400-cü oyununda 4 qol vurub

Gündəm 16:39 08 noy, 2021

Bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib

"Qarabağ" Qurban Qurbanovla 400-cü oyununda 4 qol vurub

“Qarabağ” baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında 400-cü çempionat matçına çıxıb.

Qazet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib.

“Sumqayıt”ın qonağı olan Ağdam klubu 49 yaşlı mütəxəssislə yubiley sınağında qalib gəlib – 4:0.

Qurbanovun “Qarabağ”da debütü 2008/2009 mövsümünə təsadüf edib. 2008-ci il avqustun 9-dakı səfər matçında ağdamlılar “Bakılı”ya qalib gəlib – 2:1. Arxada qalan 13 il müddətində Qurbanovlu “Qarabağ” 238 qələbə qazanıb, 101 heç-heçə edib və 61 dəfə uduzub. Bu görüşlərdə onun yetirmələri 876 xal toplayıb.