Bakı 27˚C Mostly sunny

“Qarabağ regionu investisiya mərkəzinə çevrilir” - Gürcüstan nəşri

Biznes 16:19 26 okt, 2021

Gürcüstanın məhşur “Kommersant" nəşri Qarabağın potensialından yazıb

“Qarabağ regionu investisiya mərkəzinə çevrilir” - <span style="color:red">Gürcüstan nəşri</span>

“Qarabağ regionu investisiya mərkəzinə çevrilir. Rusiya, Türkiyə və digər ölkələrdən olan sərmayəçilər Qarabağın investisiya mühitindən yararlanmağa yönəliblər”.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın “Kommersant” (www.commersant.ge) biznes nəşrinin “Kapital Qarabağa yönəlir - işğala son qoyularsa, Suxumi və Tsxinvalinin investisiya potensialı necə olar” başlıqlı məqaləsində yazılıb.

Müəllif qeyd edib ki, investorlar Qarabağda energetika və sənaye sahələrindən tutmuş aqrar sektora qədər müxtəlif layihələrdə iştirak etməyə hazırdırlar.

Məqalədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvilinin mövzu ilə bağlı rəyi də yer alıb. Onun sözlərinə görə, Abxaziyanın kifayət qədər böyük investisiya potensialı var: “Lakin yalnız münaqişənin həllindən sonra işğalda olan ərazilərin inkişafı və iqtisadi tərəqqisindən danışmaq mümkündür”.

Ekspert Gürcüstanın münaqişəni həll etməsi ilə bağlı hələ perspektivlər görmədiyini vurğulayıb: “Gürcüstan bunun üçün heç nə etmir. Əgər heç nə etmirsənsə, heç bir nəticə də olmur”.

Mənbə