Bakı 33˚C Partly sunny

“Qarabağ” tarix yazdı - İlk dəfə pley-off-da

İdman 02:31 05 noy, 2021

Qeyd edək ki, “Qarabağ”ın 1/16 final mərhələsində oynayacağı dəqiqləşib.

“Qarabağ” tarix yazdı - İlk dəfə pley-off-da

UEFA Konfrans Liqasında mübarizə aparan “Qarabağ” tarixi nəticəyə imza atıb.

“Qazet.az” xəbər verir ki, Ağdam klubu Azərbaycan futbolu tarixində qrup mərhələsindən pley-off-a adlayan ilk klub olub.

Bu komandamızın qrupunda yer alan “Omoniya” və “Bazel” klublarının heç-heçəsindən sonra rəmsiləşib.

Belə ki, qrupa 10 xalla liderlik edən “Qarabağ”a son 2 turda nə “Omoniya”, nə də “Kayrat” çata bilməyəcək.

Qeyd edək ki, “Qarabağ”ın 1/16 final mərhələsində oynayacağı dəqiqləşib.