Bakı 22˚C Partly sunny w/ showers

"Qarabağ" xorvatiyalı hakimə görə 625 min itirdi

İdman 22:32 17 dek, 2021

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.

"Qarabağ" xorvatiyalı hakimə görə 625 min itirdi

"Qarabağ"ın İsveçrədə "Bazel"in qapısına vurduğu qolu saymayan xorvatiyalı referi Fran Yoviç və köməkçisi Hrvoye Radiç Ağdam klubunu təkcə 1/8 final mərhələsinə birbaşa vəsiqədən məhrum etməyib.

Qazet.az xəbər verir ki, 37 yaşlı baş hakim həm də "köhlən atlar"ın UEFA-dan daha çox gəlir əldə etməsinin qarşısını alıb.

Azərbaycan təmsilçisi qrupdan çıxdığı və pley-offa yüksəldiyi üçün ümumilikdə 625 000 avro vəsait alacaq. Bu məbləğin 320 000 avrosu qrup ikinciliyinə, 300 0000 avrosu isə pley-offa vəsiqə üçün veriləcək. Komanda qrup birincisi kimi 1/8 finala çıxsaydı, bu məbləğin 2 qatını, yəni, 1 250 000 avro qazanacaqdı. Bu isə o deməkdir ki, "Qarabağ" Yoviçə görə 625 000 avro pul itirib.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.