Bakı 5˚C Mostly cloudy

Qarabağa nəzarət uğrunda yeni müharibə - İrəvan qorxu içində

Siyasət 11:49 27 apr, 2022

Azərbaycan və Ermənistan arasında müharibədən əvvəlki dövrlə müqayisədə daha dərin münaqişə var

Qarabağa nəzarət uğrunda yeni müharibə - İrəvan qorxu içində

Bakı-İrəvan xəttində sülh sazişinin imzalanması istiqamətində danışıqların aparıldığı vaxt Ermənistanda yeni müharibə qorxuları da yayılıb.

Qazet.az xəbər verir ki, erməni ekspertlər hazırda 44 günlük müharibədən əvvəlki vəziyyətdən daha kəskin situasiyanın yarandığını hesab edirlər.

Ekspert Taron Hovhannisyan iddia edir ki, Azərbaycan və Ermənistan arasında müharibədən əvvəlki dövrlə müqayisədə daha dərin münaqişə var. 

“Azərbaycan Qarabağa tam nəzarəti bərpa etmək niyyətindədir və mövcud geosiyasi vəziyyət Bakıya bu imkanı yaradır. O baxımdan, Azərbaycan istəyini əldə etmək üçün genişmiqyaslı manevrlər edir”, - Hovhannisyan deyib.

Digər erməni ekspert Tiqran Qriqoryan isə hesab edir ki, Paşinyanın Moskva səfərindən sonra “status” məsələsində mövqeyi dəyişib və bu, yeni müharibə ilə nəticələnə bilər.

Erməni siyasi-ekspert cameəsi Bakının Qarabağda istəyinə nail olacağı ehtimalını yüksək qiymətləndirirlər.

mənbə