Bakı 16˚C Intermittent clouds

Qarabağda da yoluxma artır: 66 erməni ağır vəziyyətdədir

Gündəm 18:00 23 okt, 2021

Son sutkada cəmi 140 test aparılıb, 46 textin nəticəsi pozitiv olub

Qarabağda da yoluxma artır: 66 erməni ağır vəziyyətdədir

Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində məskunlaşan ermənilər arasında koronavirusa yoluxmada artım müşahidə edilir.

Qazet.az xəbər verir ki, son sutkada cəmi 140 test aparılıb, 46 textin nəticəsi pozitiv olub.

Cəmi 19 min civarında olan əhali üçün bir gündə 46 yeni yoluxma yüksək nəticə sayılır.

Hazırda 124 nəfər xəstəxanada müalicə olunur, onlardan 14-nün vəziyyəti çox ağır, 52-nin vəziyyəti isə ağır qiymətləndirilir.

Ümumilikdə indiyə qədər Qarabağda məskunlaşan ermənilər arasında 1594 yoluxma qeydə alınıb.