Bakı 20˚C Hazy sunshine

"Qarabağda İsrail hərbçilərinin olması orada marslıların olması deməkdir" - İsrail səfiri

Siyasət 11:46 06 okt, 2021

İsrailin Rusiyadakı səfiri Qarabağda İsrail hərbçilərinin olması haqda fikrə münasibət bildirib

"Qarabağda İsrail hərbçilərinin olması orada marslıların olması deməkdir" - İsrail səfiri

“İsrail hərbçilərinin Qarabağda olması haqda danışmaq - böyük axmaqlıqdır. Bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır".

Qazet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

Mənbə