"Qarabağda marşrut xətləri üçün müsabiqələr keçirilib"
Biznes
16:49 27 okt, 2022
Azərbaycanın daşıyıcı şirkətlərinin yeni marşrut xətlərinə marağı yoxdur.
Qazet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Son vaxtlar çalışırıq ki, yeni marşrut xətlərini ancaq müsabiqə yolu istifadəyə verək. Qarabağ istiqamətində marşrut xətləri üçün müsabiqələr keçirilib, hazırda isə cənub bölgəsi üçün də müsabiqələr keçirilir. Bu müsabiqələri tam şəffaf şəkildə keçirmək bizim vəzifəmizdir. Ancaq şirkətlər tərəfdən maraq yoxdur. Bizi bunu təbliğ etməyə çalışırıq", - deyə o, qeyd edib.