Qarabağda mobil şəhərcik tikilib
"Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib".
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "tviter" səhifəsində yazıb.
“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, - paylaşımda deyilir.
Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb.
Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.
Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi #İqtisadiZona-sı Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2022
1/2