“Qarabağda yenidənqurma və bərpa işlərinə necə töhfə verə biləcəyimiz bizim üçün də maraqlıdır” - Aİ səfiri
Gündəm
18:46 21 okt, 2021
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib

“Qarabağda yenidənqurma və bərpa işlərinə necə töhfə verə biləcəyimiz, prosesdə faydalı ola biləcəyimiz bizim üçün də maraqlıdır”.
Qazet.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
P. Mixalko bildirib ki, bu istiqamətdə nələrin prioritet olmasını öyrənəcək və bunu dəstəkləyəcəklər: “Bununla bağlı Bakıda çox önəmli sərgi keçirilir, mən də bu sərgini ziyarət edəcəyəm”.