Bakı 6˚C Showers

"Qarabağ"dan cavab qolu, "Nant" qalib gəlir - Yenilənib

İdman 23:37 03 noy, 2022
"Qarabağ"dan cavab qolu, "Nant" qalib gəlir - Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Qazet.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edir. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün "Nant" "Olimpiakos"la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir. 

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.

 

3 noyabr

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur 

G qrupu

21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) - 1:1 (İkinci hissə)

Qollar: Nils Petersen, 25-pen.(0:1), Kvabena Ovusu, 90+1 (1:1)

Qırmızı vərəqə: Kevin Medina, 62 ("Qarabağ")
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2 (İkinci hissə)

Qol: Mostafa Mohamed, 79, Ludovic Blas, 90

1

Frayburq

5

4

1

0

12

2

+10

13

2

Qarabağ

5

2

1

2

8

4

+4

7

3

Nant

5

2

0

3

4

11

-7

6

4

Olimpiakos

5

0

2

3

2

9

-7

2