Bakı 5˚C Showers

"Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur"

Siyasət 16:19 10 yan, 2023
"Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur"

“Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”.

Qazet.az "news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir:

“Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.