Bakı 2˚C Windy

Qarabağı unudana xain deyən deputatı qollarından burub parlamentdən çıxartdılar - VİDEO

Siyasət 19:51 26 okt, 2021

Ermənistan parlamentində qalmaqal baş verib

Qarabağı unudana xain deyən deputatı qollarından burub parlamentdən çıxartdılar - <span style="color:red">VİDEO</span>

Ermənistan parlamentində qalmaqal yaşanıb.

Parlamentinin iclasında çıxış edən müxalif “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan “Qarabağ iddiasından geri çəkilən və unudan vətən xainidir” cümləsini işlədib.

O, bu ifadələri bir neçə dəfə təkrar edib.

Öz növbəsində iclası aparan vitse-spiker Ruben Rubinyan Q. Manukyanı etika qaydalarını pozmamağa çağırıb.

“Cənab Manukyan, etika qaydaları var. Onları pozmayın. “Vətən xaini” ifadəsini işlətdiniz. O zaman açıq deyin, “vətən xaini” deyərkən kimi nəzərdə tutursunuz?”

Deputatlar arasında yaranan mübahisə nəticəsində Qeqam Manukyanın mikrofonu söndürülüb və ona parlament tribunasını tərk etmək əmri verilib.

Deputat bu tələbi yerinə yetirməkdən imtina edib.

Nəticədə mühafizəçilər müxalif deputatın qollarını buraraq onu zorla parlament zalından çıxarıblar.

Mənbə