Bakı 30˚C Sunny

"Qarabağ"ın aparıcı futbolçusu "Kayrat"la oyunu buraxa bilər

Gündəm 13:56 01 noy, 2021

Bu barədə Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib

"Qarabağ"ın aparıcı futbolçusu "Kayrat"la oyunu buraxa bilər

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Qazet.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnib: "MRT müayinəsi nəticəsində Zubirin sağ ayağının arxa əzələsində problem aşkarlanıb. "Kayrat"la görüşdə iştirakı sual altındadır. İstənilən halda bizimlə Almatıya gedəcək. Onun son durumuna oyundan əvvəl aydınlıq gələcək".

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da oyunu buraxacaq.