"Qarabağ"ın hücumçusu 1-ci oldu
İdman
09:20 04 noy, 2022
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən oyunçudur.
Qazet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu 14 dəfə buna nail olub. Bunlardan üçü qolla nəticələnib.
"Köhlən atlar"da Bəhlul Mustafazadə ən çox top qazanan futbolçuların siyahısında yer alıb. Müdafiəçi Fransa "Monako"sundan Aksel Disasi ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Hər iki oyunçu 43 dəfə topu "oğurlaya" bilib.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə oynayıb - 1:1. Komanda bu nəticədən sonra G qrupunu 8 xalla başa vuraraq turnirlə vidalaşıb.
Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.