"Qarabağ"ın kapitanı zədələnib
İdman
00:39 28 okt, 2022
"Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib.
Qazet.az-ın məlumatına görə, 30 yaşlı futbolçu Fransada "Nant"a qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda sıradan çıxıb.
Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 1:1.