Bakı 15˚C Sunny

Qarabağın Kayrat klubuna qalib gəlməsi Azərbaycanı UEFA reytinqində irəli çəkdi

İdman 16:27 05 noy, 2021

Azərbaycan UEFA reytinqində irəlilədi

Qarabağın Kayrat klubuna qalib gəlməsi Azərbaycanı UEFA reytinqində irəli çəkdi

UEFA Avrokuboklarda qrup mərhələsinin 4-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

Qazet.az xəbər verir ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində səfərdə "Kayrat"ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.

Bundan əlavə, “Qarabağ” qrupdan çıxmağı təmin etdiyi üçün aktivimizə əlavə 0,250 xal əlavə olunub.

Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 4,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 16.750-ə çatıb.
Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Rumıniyanı arxada qoyub və 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Qeyd edək ki, cədvələ 94,926 xalla İngiltərə başçılıq edir.

Mənbə