Bakı 6˚C Sunny

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşir

İdman 09:30 07 noy, 2022
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşir

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Qazet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən "köhlən atlar" Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)

Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə gerçəkləşəcək.