Bakı 6˚C Sunny

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşir

İdman 17:18 07 noy, 2022
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşir

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Qazet.az qurumun saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada ölkəmizi "Qarabağ" klubu təmsil edib.

Komandamız bu mərhələdəki rəqibi "Gent" (Belçika) olub.

Püşkatmanın nəticələri ilə sizə tanış edirik:

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) 

"Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə) 

"Latsio" (İtaliya) - ÇFR (Rumıniya)

"Bodo Qlimt" (Norveç) - "Lex Poznan" (Polşa) 

"Braqa" (Portuqaliya) - "Fiorentina" (İtaliya)

AEK (Kipr) - "Dnepr-1" (Ukrayna)

"Şerif" (Moldova) - "Partizan" (Serbiya)

"Lüdoqorets" (Bolqarıstan) - "Anderlext" (Belçika) 

Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.