"Qarabağ"ın legioneri milliyə dəvət alıb
Gündəm
15:01 04 okt, 2021
30 yaşlı müdafiəçi Cəbəllütariq və Norveçə qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya cəlb olunub

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.
Qazet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Cəbəllütariq və Norveçə qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, Monteneqro oktyabrın 8-də Cəbəllütariqin, 3 gün sonra isə Norveçin qonağı olacaq.