"Qarabağ"ın pley-off oyunlarının vaxtı AÇIQLANDI
İdman
12:55 10 avq, 2022
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la "Viktoriya" (Plzen) arasında keçiriləcək oyunların dəqiq vaxtı bilinib.
Qazet.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Komandalar arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.