"Qarabağ"ın qapıçısı əməliyyat olunacaq
İdman
16:11 19 dek, 2021
27 yaşlı qolkiper qolundakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub

"Qarabağ" klubunun və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.
Qazet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı qolkiper qolundakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub. Məhəmmədəliyevin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın digər qapıçısı Emil Balayev Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.