Bakı 33˚C Intermittent clouds

"Qarabağ"ın rəqibi milyarderə satılıb

Gündəm 16:43 19 okt, 2021

Kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib

"Qarabağ"ın rəqibi milyarderə satılıb

Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

Qazet.az-ın "Financial Mirror" nəşrinə istinadən məlumatına görə, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Papastavru klubu 2018-ci ildə maliyyə böhranından xilas edib.

Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında Kiprdə keçirilmiş görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Yerli çempionatda isə "Omonniya" 7-ci yerdə gedir.