Bakı 1˚C Cloudy

“Qarabağla bağlı xərclər büdcədə ön sıralarda dayanır" - Samir Şərifov

Biznes 13:32 11 noy, 2021

Bunu maliyyə naziri  Milli Məclisin iclasında büdcə müzakirələrində deyib

“Qarabağla bağlı xərclər büdcədə ön sıralarda dayanır" - <span style="color:red">Samir Şərifov</span>

“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı xərclər gələn ilin dövlət büdcəsi xərcləri arasında ön sıralarda dayanır”.

Qazet.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələrində deyib.

“Qarabağın bərpası və yenidən qurulması, soydaşlarımızın doğma torpaqlarına qaytarılması kimi şərəfli vəzifənin yerinə yetirilməsi 2022-ci ildə də təmin ediləcək və bu məqsədlə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”, - deyə o, qeyd edib.