"Qarabağ"la oyunda iştirak etməyəcək
18:34 26 sen, 2022

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqibi "Olimpiakos"un futbolçusu Panayotis Retsos zədələnib.
Qazet.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi əvəzedici komanda ilə yoxlama matçında sıradan çıxıb. O, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdir ki, Retsos Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Ağdam təmsilçisi ilə görüşü buraxacaq.
Qeyd edək ki, oktyabrın 6-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.