"Qaradağda 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb"
Bu gün Qaradağda fəaliyyətə başlamış "Abşeron Tikinti Materialları Mərkəzi"ndə ümumilikdə 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb.
Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün "tvitter" səhifəsində yazıb.
O qeyd edib ki, iqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni KOB subyektlərinin yaradılmasını KOBİA olaraq hər zaman dəstəkləyirik.
İqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni #KOB subyektlərinin yaradılmasını #KOBİA olaraq hər zaman dəstəkləyirik. Bu gün Qaradağda fəaliyyətə başlamış "Abşeron Tikinti Materialları Mərkəzi"ndə ümumilikdə 1500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb. pic.twitter.com/YQ19k2duRZ
— Orkhan Mammadov (@MammadovOrkh) October 28, 2022