Bakı 6˚C Showers

“Qarşılıqlı olaraq yollardan istifadə etməliyik” - Paşinyan

Gündəm 03:11 06 noy, 2021

"Bu, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirənlər yollara da aiddir”

“Qarşılıqlı olaraq yollardan istifadə etməliyik” - Paşinyan

“Ermənistan regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında və blokadadan çıxarılmasında maraqlıdır".

“Qazet.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib. 

“Mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz konkret qərarlar qəbul etməyə hazırıq və onların mahiyyəti bundan ibarət olmalıdır: Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan da Ermənistan ərazisindən avtomobil və dəmir yolu əlaqələrindən istifadə etməlidir. Bu, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirənlər yollara da aiddir”, - deyə Paşinyan qeyd edib.