Bakı 5˚C Showers

Qasırğa nəticəsində 14 nəfər öldü

Gündəm 16:20 10 yan, 2023
Qasırğa nəticəsində 14 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatında güclü qasırğa və daşqınlar davam edir.

Qazet.az
xəbər verir ki, Kaliforniya Qubernatorluğunun Təcili Yardım Xidmətindən verilən açıqlamada, fırtına səbəbiylə 14 nəfər həyatını itirdiyi bildirilib.

Santa-Kruzda leysan yağışlar nəticəsində baş verən sürüşmə səbəbindən magistralın hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb. Çayın üzərindəki magistral körpünün dağılıb.

Ventura çayının daşması nəticəsində köməksiz vəziyyətdə qalan 18 nəfərin xilas edildiyi bildirilib.

Kaliforniya qubernatoru Gevin Nyuson ictimaiyyəti diqqətli olmağa çağırıb.

Qubernatorun açıqlamasında, evlərini tərk etmək məcburiyyətində qalanlar üçün ştatda 31 sığınacaq yaradıldığı bildirilib.

Təxminən 140 min ev və iş yerinin işıqsız qaldığı Kaliforniyada güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.

 

Qaynaq