Qatar xarab oldu – turistlər tuneldə qaldı
“Eurotunnel” gəzintisinə çıxan turistlərin olduğu qatarda nasazlıq aşkarlanıb.
Qazet.az “Sky News”a istinadən xəbər verir ki, hadisə Fransada baş verib.
Bildirilir ki, dəmir yolu tunelindəki problemdən sonra , səyyahlar qatarı tərk etməli olublar.
Qatarın tuneldə sıradan çıxması nəticəsində sərnişinlər arasında bu narazılığa səbəb olub və bütün tuneli piyada getməli olublar.
Tur sözçüsü hadisəni belə şərh edib: "Tuneldə qatar xarab oldu və biz Folkston terminalımıza qayıtmaq üçün müştəriləri xidmət tuneli vasitəsilə ayrıca sərnişin servisinə köçürdük. Bu narahatlığa görə səmimi qəlbdən üzr istəyirik."
“Eurotunnel”, Folkstonla Fransanın şimalındakı Kokeli birləşdirən 49 km uzunluğunda bir dəmir yolu tunelidir.
Qeyd edək ki, bu, dünyanın üçüncü ən uzun dəmir yolu tunelidir.