Qaxda başqasının “Topaz” hesabından oğurluq edən şəxs saxlanılıb
Gündəm
13:39 16 noy, 2021
F.Omarov ifadəsində əməlini etiraf edib
Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş onun “etopaz.az” hesabında olan 2 850 manat pulun naməlum şəxs tərəfindən istifadə edildiyi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat zamanı həmin şəxsin Qax şəhər sakini Fərhad Omarov olduğu müəyyən edilib və o, saxlanılıb. F.Omarov ifadəsində əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.