Qaxda velosiped sürən azyaşlını maşın vurdu
Hadisə
00:14 08 okt, 2022
Qaxda 12 yaşlı qızı avtomobil vurub.
Qazet.az xəbər verir ki, hadisə Qax şəhəri H.Əliyev prospektində baş verib.
Belə ki, şəhər sakini 2010-cu il təvəllüdlü Vahidova Səma İlkin qızı velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Vahabova Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəxanada yaralıya yardım göstərdikdən sonra onu Bakı şəhərindəki xəstəxanaların birinə göndəriblər.