"Qaya" ansamblının yaradıcısı vəfat edib
Maraqlı
17:01 27 sen, 2021
Teymur Mirzəyev 85 yaşında vəfat edib

Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib.
Bu barədə Qazet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. 1961-ci ildə "Qaya" Dövlət Ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub. T.Mirzəyev dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ edib. Uzun müddət İsraildə yaşayıb.