Bakı 9˚C Windy

Qayınatasının həyətində atəş açan şəxs saxlanıldı

Hadisə 14:27 18 yan, 2022

Faktla bağlı araşdırma aparılır.

Qayınatasının həyətində atəş açan şəxs saxlanıldı

Yanvarın 17-də Göyçayın Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəni xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açıb.

DİN Mətbuat Xidmətindən Qaqzet.az-a verilən məlumata görə, bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.