Qaz sayğaclarının sıfırlanması ilə bağlı yaranan suallara aydınlıq gətirildi - VİDEO
Sayğacların sıfırlanması ilə bağlı bütün suallara aydınlıq gətirilib
Qaz sayğaclarının sıfırlanması ilə bağlı konkret tarix yoxdur. Amma proses yanvarın 10-dan tam olaraq yekunlaşıb.
Qazet.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O, sayğacların sıfırlanması ilə bağlı bütün suallara aydınlıq gətirib. Eyni zamanda, yeni qazlaşma, sayğacların quraşdırılması və vətəndaşları maraqlandıran digər bu kimi bir sıra məsələrə münasibət bildirib.
Ruslan Əliyev onu da əlavə edib ki, ötən il yol verdiyi nöqsanlara görə "Azəriqaz"ın 990 işçisinə töhmət verilib. Onlardan 125-nə sonuncu xəbərdarlıq edilib, 220-sinin əmək haqqının 1/4-i tutulub, 14 nəfər isə işdən azad olunub.