Bakı 5˚C Partly sunny

Qazax sakini minaya düşərək ölüb

Hadisə 15:51 22 sen, 2021

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb

Qazax sakini minaya düşərək ölüb

Qazax sakini minaya düşərək ölüb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. 

Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.