Qazaxda azyaşlı valeriandan zəhərləndi
Hadisə
02:18 30 dek, 2022

Qazax rayonunda 6 yaşlı uşaq dərmandan zəhərlənib.
Qazet.az xəbər verir ki, rayon sakini Y. Əmrahova “valerian” dərmanı içərək zəhərlənib.
Uşaq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.