Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
22:27 04 dek, 2021
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Qazaxda yol qəzası baş verib.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Emil İsgəndərov və 1969-cu il təvəllüdlü Rasim Çobanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.