Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb
İdman
13:07 12 noy, 2022
Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə yeni müqavilə imzalayıb.
Qazet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2024-cü ilin sonunadək nəzərdə tutulub.
Rusiyalı mütəxəssis yığmaya bu ilin mayından rəhbərlik edir.
Qeyd edək ki, Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi 10 xalla ikinci yeri tutub.