Bakı -4˚C Mostly sunny

Qazaxıstanda çevriliş təhlükəsi

Gündəm 15:11 18 noy, 2022
Qazaxıstanda çevriliş təhlükəsi

Qazaxıstanda çevrilişə hazırlaşan 7 nəfər saxlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi açıqlama yayıb. Bildirilir ki, şübhəlilər xaricdə olan bankir Muhtar Abiyazovun dəstəkçiləridir. İddialara görə, şübhəlilərin nümayişlər təşkil etmək və müvəqqəti hökumət qurmaq planları olub. Bildirilir ki, şübhəlilər çevriliş üçün planlar hazırlayıb. Məlumata görə, radikallar yanvar ayında baş verən toqquşmalardan bəri Almatı ardınca isə Astana da daxil olmaqla şəhərləri ələ keçirməyi planlaşdırıb.

Qeyd edək ki, iki gün sonra Qazaxıstanda prezident seçkiləri keçiriləcək.