Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlandı
Gündəm
22:32 15 yan, 2022
Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb
Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.
Qazet.az bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.
Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.(trend)