Bakı 2˚C Mostly cloudy

Qazaxıstanda işçilər tətil edib

Gündəm 00:19 24 noy, 2022
Qazaxıstanda işçilər tətil edib

Qazaxıstanın Taraz şəhərində “Kazfosfat” müəssisəsinin işçiləri tətilə başlayıblar. Səbəb rəqəmsal transformasiya şöbəsinin müdiri, Rusiya vətəndaşı Oleq Kulikovun əməkdaşlarını təhqir etməsi olub.

Qazet.az xəbər verir ki, zavodun ərazisinə toplaşan 200-dən çox insan ictimaiyyətdən üzr istəməsini və Kulikovun işdən çıxarılmasını tələb edib. 

Fəhlələr maaşların artırılması və dəymiş ziyana görə ödənişlərin artırılması ilə bağlı suallar da qaldırıblar. Onlar öz hesablarına dəftərxana ləvazimatı və kombinezon almalı olduqlarından şikayətləniblər. Hadisə yerinə Baxıtjan Orınbekov gəlib. O, işçilərdən xahiş edib ki, bütün sualları qeydə alsınlar və yazılı şəkildə akimliyə müraciət etsinlər.

Cembil vilayətinin akimiliyi işçilərin münaqişə etdiyi Rusiya vətəndaşının üzr istədiyini və işdən çıxarıldığını bildirib.