Qazaxıstanda növbədənkənar prezident seçkiləri
Siyasət
10:17 01 sen, 2022
Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.
Qazet.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
Payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.
Ölkə prezidenti eyni zamanda parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.