Bakı 34˚C Sunny

Qazaxıstanda partlayış: ölənlər var

Gündəm 18:22 21 noy, 2021

 12 yaşlı yeniyetmə aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib

Qazaxıstanda partlayış:<span style="color:red"> ölənlər var</span>

Qazaxıstanın Akmola vilayətinin Şortandı kəndində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı artıb.

Qazet.az bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 12 yaşlı yeniyetmə aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Bununla da hadisə qurbanlarının sayı 4-ə çatıb.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verİB ki, noyabrın 16-da Şortandı kəndində kazarma tipli üç mənzilli evdə qaz balonunun partlaması nəticəsində 3 nəfər ölüb, daha 10 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.

Partlayış və yanğın nəticəsində xəsarət alan daha 3 uşağın müalicəsi davam edir. Onlardan biri ağır vəziyyətdə bədəninin 60%-i yanığı ilə reanimasiyadadır.