Bakı 19˚C Sunny

Qazaxıstanda təyyarə qəzaya uğradı

Gündəm 19:20 17 okt, 2021

 Təyyarə isə tamamilə yararsız hala düşüb

Qazaxıstanda təyyarə qəzaya uğradı

Qazaxıstanın Almatı şəhəri yaxınlığında – Balxaş gölünün cənubunda “Cessna 182” tipli kiçik motorlu təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə xüsusi reys yerinə yetirirmiş.

Hadisə nəticəsində ölən vəyaralanan olmayıb. Təyyarə isə tamamilə yararsız hala düşüb.