Qazaxıstanda yanğınlar zamanı evlərini itirənlər 2,1 min dollar alacaq
Xəbərlər
15:15 04 sen, 2022
Qazaxıstanın "Halyk Bank"ı ölkənin şimalında təbii yanğınlar nəticəsində evlərini itirmiş Kostanay vilayətinin sakinlərinə 1 milyon tenge (2,1 min ABŞ dolları) ayıracaq.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Bununla da evlərini itirmiş insanlar əldə etdikləri vəsaiti ən zəruri işlərə (ev kirayələmək, paltar, ərzaq və zəruri mallar almaq) sərf etmək imkanı əldə edəcəklər", - xəbərdə deyilir.
Bank rəhbərliyi, həmçinin yanan evlərin bütün sahiblərinə mövcud kreditlərin silinməsinə qərar verib.