Bakı 21˚C Windy

Qazaxıstanla bağlı narahatlıqlara görə dünya bazarında neft bahalaşıb

Biznes 13:26 10 yan, 2022

“Brent” neftinin mart fyuçersləri 0,22% bahalaşıb

Qazaxıstanla bağlı narahatlıqlara görə dünya bazarında neft bahalaşıb

Qazaxıstanda baş verən hadisələr səbəbindən tədarüklə bağlı narahatlıqların davam etməsi fonunda dünya bazarında neft bahalaşıb.

Qazet.az xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 0,22% bahalaşaraq, 1 bareli 81,93 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,24% artaraq, 1 bareli 79,09 ABŞ dolları təşkil edib.

Ötən həftə “Tengizchevroil” neft emalı şirkəti etiraz aksiyalarına baxmayaraq, Qazaxıstanda fəaliyyətini davam etdirdiyini, bununla belə, logistika sahəsindəki çətinliklər səbəbindən hasilat həcmlərini müvəqqəti korrektə etdiyini açıqlamışdı.

Bundan başqa, “Baker Hughes Company” neft-qaz servis şirkətinin ABŞ-dakı qazma qurğularının sayı haqqında məlumatları açıqlanıb. Belə ki, ötən həftə ərzində ABŞ-da qazma qurğularının sayı daha 1 ədəd artaraq, 481 aqreqata çatıb.

Mənbə