Qazaxlar Polina Qaqarinanın Alma-Atadakı konsertinin ləğvinə nail olublar
Cəmiyyət
02:38 15 noy, 2022

Qazaxıstan KİV-i yazır ki, fəallar sosial şəbəkələrdə müharibəni dəstəkləyən müğənninin ölkəyə gələcəyinə qəzəbləndikdən sonra Polina Qaqarinanın Qazaxıstandakı konserti ləğv edilib.
Qazet.az xəbər verir ki, fevralın 14-də Alma-Atada Qaqarinanın qastrolu çərçivəsində çıxışı baş tutmalı idi. Onun elanından az sonra sosial şəbəkələrdə məşhur artisti Qazaxıstana dəvət edən təşkilatçıları tənqid edən yazılar görünməyə başladı.
Rəsmi olaraq konsertin ləğvi hələ açıqlanmayıb, lakin onun elanı Qaqarinanın rəsmi saytından, konsert təşkilatçısının saytından və əsas bilet agentliklərinin saytlarından itib.