Bakı 0˚C Mostly cloudy

“Qazprom” rəhbəri Ərdoğanla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə edib

Gündəm 19:45 09 dek, 2022
“Qazprom” rəhbəri Ərdoğanla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə edib

“Qazprom” rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Qazet.az xəbər verir ki, “Qazprom”un Telegram kanalında məlumat verilib.
 

Bildirilib ki, danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

“Görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivi müzakirə edilib”, - qeyd olunub.