Bakı 15˚C Partly sunny

“Qazprom”un rəhbəri: "Türkiyəyə səfərimin əsas nəticəsi..."

Xəbərlər 22:14 10 dek, 2022
“Qazprom”un rəhbəri: "Türkiyəyə səfərimin əsas nəticəsi..."

Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı məsələlərin müzakirəsi “Qazprom”un baş direktoru Aleksey Millerin İstanbula səfərinin əsas nəticəsidir.

Qazet.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti "Telegram"da bildirib.

Türkiyəyə səfərinin əsas nəticələri ilə bağlı medianın sualını cavablandıran Aleksey Miller deyib: “Əlbəttə, bu, qaz qovşağıdır”.

Bir gün əvvəl Miller və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması perspektivlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər Rusiyadan Türkiyənin istehlakçılara qaz tədarükü ilə bağlı məsələlərə də toxunublar.