QDİƏT-in Parlament Məclisinin Baş katibi İlham Əliyevi təbrik etdi
Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qazet.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımıza inam gəldi. Tarixi Zəfər Sizin uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə, diplomatik fəaliyyətiniz və ordu quruculuğu nəticəsində mümkün oldu.
Hazırda Qarabağ bölgəsində qarşıda böyük bərpa işləri durur. Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsi göstərdi ki, Sizin rəhbərliyiniz altında aparılan bərpa işləri böyük sürətlə həyata keçirilir və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsi dünyanın ən gözəl guşəsinə, respublikamızın mənəvi paytaxtına çevrilir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə böyük uğurlar arzulayıram".